Müsavat partiyasının Aran üçün Azərbaycan adını seçməsi haqda

İranın Osmanlıya rəsmi etirazı

1918-ci ildən öncə heç bir beynəlxalq sənəddə Azərbaycan Respublikası adı qeydə alınmayıb və belə bir adlı ölkə heç vaxt olmayıb.

  1. 3 həftə, 1 gün əvvəl
  2. 0
Azərbaycan adı
Badkubeh -

Hazırkı sənəd 12 vilayətindən birinin adının başqa yeni bir ölkə üçün seçilməsinə İranın rəsmi etirazını göstərir. İranın Xarici İşlər Nazirliyinin Osmanlı Xarici İşlər Nazirliyinə göndərdiyi bu sənədə əsasən, İran Qafqazın cənubunda yeni bir ölkənin təşkil olunması istiqamətində Osmanlının Müsavat partiyasını dəstəkləməsinə etiraz edir. Onun adı "Qafqaz Cənub-Şərq Respublikası olmalı imiş. Amma Osmanlıların tövsiyəsi ilə adını Azərbaycan qoyublar.

1918-ci ildən öncə heç bir beynəlxalq sənəddə Azərbaycan Respublikası adı qeydə alınmayıb və belə bir adlı ölkə heç vaxt olmayıb.

Sənədin tərcüməsi:

İranın Ali Dövlət Böyük Səfirliyi

İstanbul

103/2029

Ali-Məqam Xarici İşlər Nazirliyinə

Osmanlı və Rusiya dövlətləri arasında sülh müqaviləsi nəticəsində Qafqazda Azərbaycan adlı dövlət təşkil olunub, İranda da həmin adda mərkəzi Təbriz olmaqla vilayət vardır, tarix boyu indiyə qədər bu adda dövlət olmamışdır, Qafqaz əyalətlərinin bir hissəsində yaranması Ali Səfirliyin heyrətlənməsinə səbəb olub, bu məsələyə yenidən baxılması və qərarın verilməsinin zəruriliyi bəyan olunur.

Zilqədə 1336-cı hicri qəməri ili, 28 avqust 1334 / (28 avqust 1918)

Mənbə:

Sarinay, Yusuf (2010). Arşiv Belgelerinde Osmanli-İran İlişkileri. Ankara: T.C. Başbakanlik, Devlet Arşivleri Genel Müdürlüğü (P. 604)