Kuroşin siyasəti, dövlətçiliyi və ölümü

Kuroş və Azərbaycan məktəblərinin tarixi

Kuroşin İran tarixindəki əhəmiyyəti budur ki, o ölkəni yaratmağa başladı. Ondan öncəki hökmdarlar xüsusi siyasi ideologiya əsasında sırf yerli hakimlər idilər. Lakin Kuroş bugünkü İranın nüvəsini təşkil etdi. Kuroşin ikinci əhəmiyyəti ideologiya və siyasi fəlsəfə cəhəti idi. Kuroş azadlığa, xüsusilə də dini və inanc azadlığına böyük hörmət bəsləyirdi və nəzarətə götürdüyü bölgələrin məbədləri ilə işi yox idi.

  1. 2 həftə, 2 gün əvvəl
  2. 0
pasargad
Badkubeh -

Əhəmənilər sülaləsinin banisi Böyük Kuroş dünya tarixinin ən parlaq və ən qalib adlarından biridir. Bu şəxsiyyət haqda maraqlı olan məsələ, onun xoşməramlı olması haqda tarixi tarixi mənbələrin eyni və bərabər olmasıdır. Tarixi mənbələrin krallıq haqda belə oxşarlığı azdır. Halbuki həmin mənbələr müxtəlif etnoslar və xalqlar tərəfindən yazılmışdır. Qədim dövrdən qalan tarixi əsərlər Kuroşin müsbət simasını əks etdirmişdir. O cümlədən tarixi kitabələr, xüsusilə də Böyük Kuroş kitabəsinə işarə etmək olar. Bu, həm də Böyük Kuroşin insan haqları əsasnaməsi kimi də məşhurdur.

Hazırkı Azərbaycanın əsas yerlərindən biri olduğu Madların Böyük Kuroşlə həmrəyliyi diqqət mərkəzində durur. Belə ki, bəzi mənbələrdə Kuroşin əsasını qoyduğu hökumət, Madların və Parsların hökuməti adlandırılıb.

Böyük Kuroşin dövründə bu komandanın addımlarına görə, dünya səviyyəsində müsbət hadisələr baş verdi və bəlkə də, Kuroşin dövrünü dünya tarixində dönüş nöqtəsi adlandırmaq olar. Hərbi və ölkəni idarə etmə məsələlərində Böyük Kuroşin alqışalayiq bacarığı onun regionu sülh və stabillikdə qorumasına və müxtəlif etnoslar və xalqların onu alqışlamasına səbəb oldu.

Bu haqda qədim dövrdən qalan incəsənət və ədəbi əsərlər diqqəti cəlb edir. Kuroş tarixi mənbələrdə və Yunan ədəbiyyatında diqqəti cəlb edəcək yerə malikdir. Necə ki, məşhur Yunan dramaturqu Aysxolos bu barədə yazır: Ən nadir insanlardan olan gənc Kuroş vəfalı insanlara sakitlik və abadlıq bəxş edirdi. Allahlar bağışlayan və mehriban olduğuna görə ona qəzəblənmədilər (1).

Sokratın şagirdlərindən Ksenofon Kuroş barəsində müfəssəl kitab yazmışdır. O bu şahın sevilməsi haqda yazır: Kuroşə sevgi insanların ürəyində o qədər özünə möhkəm yer tutmuşdu ki, hər bir kütlənin insanları belə düşünürdü ki, ən yaxşı və ən bahalı məhsullar, bitkilər, heyvanlar və öz diyarlarının insanlarının əsərləri ona layiq olmazsa, böyük səhvə yol vermişdir (2).

Bu funksiya sadəcə yunan mənbələrində olsaydı, bəlkə də çox az etimad olunurdu. Lakin digər mənbələr, o cümlədən yəhudi mənbələri də Böyük Kuroşə alqışlarla doludur. Yəhudilərin müqəddəs mətnlərində Kuroş Allah tərəfindən xilaskar səviyyəsinə qədər yüksəlmişdir (3). Müqəddəs mənbələrin bu funksiyası tədqiqatçıların bir çoxunu Kuroşi Quran-Kərimdə Zülqərneyn (ə) üçün ən güclü ehtimal seçim hesab etmələrinə səbəb olmuşdur.

Böyük Kuroşin müsbət simasını əks etdirən ən dəyərli hallar isə o dövrün insanlarının gündəlik həyatından qalan əsərlər və lövhələrdir. Bütün bunlar Kuroşin əsasnaməsinin yazılarını təsdiqləyirlər (4).

Böyük Kuroşin həyatı möcüzəvidir. Çünki həmişə qələbələrlə dolu olmuşdur və müxtəlif xalqlar tərəfindən rəğbətlə qarşılanmışdır. Bəlkə də bu məsələ onun demokratik siyasətinə görə idi. Çünki Kuroş o dövrün hökmdarlarının bir çoxunun əksinə olaraq müxtəlif insanların adət-ənənəsinə hörmətlə yanaşır və müharibələrdə adi kütlə ilə deyil, sadəcə ordularla savaşlar edirdi.

kir

Böyük Kuroşin uşaqlıq həyatı

Böyük Kuroşin uşaqlıq həyatı haqqında çoxlu dastanlar və əfsanələr qeyd olunmuşdur. Əlbəttə belə dastanlar tarixin digər böyük hökmdarları haqqından da qeyd olunmuşdur. Qəbul etmək lazımdır ki, bu dövr haqqında bizim tarixi biliyimiz azdır. Herodot, Ksenofon, Ktesi kimi Yunan tarixçilərinin hər biri Kuroşin uşaqlığı haqda yazılar yazmışlar. Lakin bu yazıların bir-birinə tam bənzəmir. Lakin bu tarixi mənbələrin ortaqlığı da vardır ki, Böyük Kuroşin atasının adı fars mənşəli Kambiz, Böyük Kuroşin anası isə Mad şahzadələrindən Mandana olmuşdur. Məşhur Kuroş əsasnaməsinə əsasən, qətiyyətlə demək olar ki, Kuroşin atasının adı Kambiz olmuşdur.

Kuroşin uşaqlıq həyatı haqda ən məşhur əfsanə Herodotun əfsanəsidir. Bu əfsanəyə əsasən Mad şahı Astiaq bir gecə yuxuda görür ki, qızının övladı siliyə çevrildi, onun paytaxtı və sonra isə Asiyanı əhatə etdi. Mubədlərin (kahinlər) yuxunu yozmasından sonra Astiaq qorxuya düşür, hətta qızını Mad böyüklərinə vermədi, sakit təbiətli Kambiz adlı bir farsa ərə verdi. Mandana və Kambizin evliliyinin bir illiyində Astiaq yenidən yuxu gördü ki, qızının belindən ağac göyərdi və Asiyaya kölgə saldı. Bu dəfə yuxu yozanlar dedilər ki, qızının övladı bir gün onun canişini olacaq. Buna görə, Mandananın övladı (Kuroş) yox etməyi qərara aldı. Astiaq Mad ölkəsində nüfuz sahibi və öz yaxınlarından Harpaqa göstəriş verdi ki, uşağı özü ilə aparsın və onun başını kəssin. Harpaq özü bu işi etmədi, bu işi Mitradad adlı bir çobana tapşırdı. Lakin Mitradad uşağı yaylağa apardı, yenicə ölü uşağı dünyaya gətirən həyat yoldaşının vəziyyəti, Mitradadı uşağı (Kuroş) öldürməkdən çəkindirdi. Kuroş onların ölmüş övladlarının yerini tutdu. Kuroş yeniyetməlik yaşlarına çatdığında, uşaqlarla oynayarkən – aralarında sarayın nüfuzlu adamlarından birinin övladı da vardı – hadisələr baş verdi və Astiaqın yanına getdilər və sonda Kuroşin həqiqi kimliyi üzə çıxdı. Hər halda Kuroş oyun oynayarkən küçədə özünü şah adlandırmışdı və bu işlə mubədlərin fikrincə Astiaqın yuxusu yozulmuşdu. Artıq Astiaq şahlığını Kuroş təhlükəsi hədələmirdi. Kuroş də atası və anasının yanına Parsa getdi (6).

Buna bənzər dastanlar Firudin və Keyxosrov kimi iranlıların epik dastanlarında qeyd olunmuşdur. Lakin tarixi cəhətdən onları qəbul etmək mümkün hesab olunmur. Kuroşin uşaqlıq həyatı haqda Ksenofonun yazıları daha məntiqli görünür. Çünki Ksenofonun yazılarına əsasən, Kuroş şahzadələr kimi yetişmiş və hərbi və əxlaqi təlimlər keçmişdir.

Herodotun qeyd etdiyi əfsanə sanki Astiaq və Kuroşin ixtilafının əsas səbəbi haqda dastanın əvvəli hesab olunur və bu ixtilafı Kuroşin uşaqlıq dövrü ilə bağlamışdır. Özü də İran küçə və bazarlarında insanlar arasında belə dastanlar çox söylənmişdir. Lakin dastanların əsası bizim əlimizə çatmamışdır.

parsilar

Kuroşin Madlarla birliyi və Astiaq üzərində qələbə

Astiaqın Böyük Kuroşlə ixtilafının səbəbi hər nə olursa olsun, qədim etibarlı sənədlər Mad qoşunlarının Kuroşə qoşulduğunu göstərir. Neboneid hadisəsinə əsasən, miladdan öncə 550-ci ildə Mad şahı qoşunu ilə Kuroşə hücum etdi. Lakin Mad qoşunu Astiaqa üsyan etdilər və onu Kuroşə təhvil verdilər (7). Beləliklə, Böyük Kuroşin ərazisinin bu qədər böyük olması onun fəthlərinə görə deyildi, əksinə Kuroş hər hansı bir müharibə olmadan Madın böyük ərazisini öz hökmranlığı altına altı və ondan sonra parslar və madların şahlığının bir tərəfdən pars, digər tərəfdən mad olan Kuroş tərəfindən əsası qoyuldu. Bu həmrəylik Əhəmənilər dövrünün sonuna qədər qaldı və müxtəlif mənbələrdə Əhəmənilər şahlığı, Madlar şahlığı və parslar şahlığı deyilmişdir. Misal üçün Danial kitabında bildirilir ki, orda iki buynuzlu qoç sahibindən, madlar və parsların səltənətindən söhbət olunur və onu məğlub edəcək keçi Yunan şahı adlanır (Danial kitabı, 8-ci fəsil, 20-21-ci ayələr). Pars yazılarında dəfələrlə madlar və parsların bir-birinin yanında olduğunun şahidiyik. Belə ki, bir-birləri ilə mehribanlıqla və xoşməramlılıqla söhbətləşirlər.

Kuroşin Astiaqa qalib gəlməsindən sonra, bizim Böyük Kuroş haqda tarixi məlumatlarımız artır və onların hadisələri və baş vermə səbəbləri haqda daha arxayınlıqla söhbət edə bilərik. Çünki həm mənbələrin daha çox ortaqlığı vardır, həm də qədim əsərlər və sənədlər çoxlu məlumatlar verməkdədirlər.

Qonşu ölkələrin Kuroş əleyhinə birləşməsi və onun reaksiyası

Böyük Kuroş Astiaqa sakit qələbədən sonra qonşu ölkələr tərəfindən böyük bir hücumla qarşılaşdı. (Mesopotomiyada və hazırkı İraqda yerləşən) Babil, (Kiçik Asiyada yerləşən) Ludiye və Misir arasında Ludiye şahı Krezusun başçılığı ilə Kuroş əleyhinə məşhur birlik yarandı (8).

Krezus praktiki olaraq iranlılar əleyhinə müharibəyə başladı və bəlkə də Astiaqdan sonra zəif və təcrübəsiz hökmdarın iş başına gəldiyini və onu asanlıqla məğlub edə biləcəyini düşünürdü. Bu məsələni Babil və Misir də müsbət qarşıladı. Halbuki onlar madların hərbi və siyasi gücünün məhv olmadığını, hətta iranlıların həmrəyliyinin daha da gücləndiyini bilmirdilər. Böyük Kuroş həm çoxlu qüdrət və sərvətə sahib olmuş, həm də hərbi məsələləri çox yaxşı idarə edə bilirdi.

Kuroş onlara reaksiya verdi və Krezus əleyhinə hərbi əməliyyata başladı. Miladdan öncə 547-ci ildə Kuroş və Krezus orduları arasında böyük müharibə baş verdi, savaş meydanının qalibi iranlılar idilər. Sonda Ludiye paytaxtı Sard da fəth olundu. Önəmli olan məsələ Böyük Kuroşin Krezusla məntiqli davranışıdır. Yunan mənbələrinin ortaq şəkildə qeyd etdiyinə görə, Böyük Kuroş Krezusu öldürmədi, hətta Krezus müşavir olaraq Kuroşin yanında yer aldı.

Bəzi Babil kitabələrinin Nebuneid hadisələrinə işarə edir, hətta iddia edirlər ki, bu hadisəyə əsasən, Kuroş Krezusu öldürdü. Lakin diqqətdə saxlamaq lazımdır ki, həmin hadisənin bir hissəsində şahın öldürülməsi deyil, düşmən şahın məğlub edilməsi nəzərdə tutulub. Babil dilində Daku həm öldürmək mənasında, həm də məğlub etmək və qalib gəlmək mənasındadır. Yunanların Krezusun öldürülməməsi ilə əlaqədar fiKuroş birliyi olduğu yazıları nəzərə aldıqda, təbii ki, qalib gəlmək mənasını qəbul etmək lazım gəlir. Əlbəttə bu sözün işlədilməsi, başqa yerlərdə də özünü əks etdirməkdədir.

Əhəmənilər

Babilə reaksiya verməyə hazırlıq

Ludiyenin fəthindən sonra Böyük Kuroş üçün böyük qələbə əldə olunsa da, düşmənlərin təhlükəsi hələ də ortadan qalxmamışdı. Çünki regionun böyük qüdrətləri yəni Babil və Misirin yeni birliyi təhlükəli ola bilərdi. Lakin ilk öncə ölkənin daxili vəziyyətini sahmana salmaq və daxili birliyi gücləndirməyə ehtiyac vardı. Bəlkə də, buna görə, Kuroş ölkənin məsələləri ilə məşğul olmağa üstünlük verdi və münasib fürsətdə Babil kimi düşmənlərin təhlükəsini aradan qaldırmağı düşündü.

Bu siyasət tam yerində bir siyasət idi. Belə ki, Kuroşin Ludiyeyə qələbəsindən 8 il sonra babillilərin çevrilişlə Babilin hökmdarı olan Neboneiddən narazılığı (9) Böyük Kuroş üçün münasib şərait yaratdı. Doktor Şahrox Rəzmcu Babil sənədlərinə əsasən Babilin o dövrdəki vəziyyətini çox yaxşı təhlil edir: Neboneid öz dini inanclarını vətəndaşlara qəbul etdirərək və paytaxtda olmayaraq vətəndaşlarda narazılıq və Babildə siyasi və ictimai çaşqınlığa səbəb olmuşdu. "Nəzmli rəvayət" adlı bir Babil mətnində Neboneid dəli tanıtdırılır və onda deyilir ki, Neboneid öz dili ilə Babil böyüklərinə deyib ki, qələmlə yaza bilmir (savadsızdır). Amma iddia edirdi ki, Allahlarla və qeyb aləmi ilə əlaqədədir. Həmin mətndə bildirilib ki, o iqtidara gəldikdən az sonra Ərəbistanın şiaml-şərqində Teyməyə və Ölü dənizin yaxınlığına qoşun yeritdi, oranın şahını öldürdü və həmin yeri yaşamaq üçün seçdi. Neboneid təxminən on il Babilə dönmədi. Bu mətnə əsasən, o Babilə diqqət yetirmək əvəzinə Teymədə inşa işlərinə nəzarət edirdi və bu iş üçün oranın insanlarını qul kimi işlədirdi. Həmçinin bu mətndə Teymədə kişilər, uşaq və qadınların qırğın edilməsinə toxunulub. Bu davranışlar, onun Babilə etinasızlığı, Babil əhalisinin ona nifrət etməsinə səbəb olmuşdu, şübhəsiz Babildən bəzi şəxslər bu narazılığı Kuroşə çatdırmışdılar. Kuroş və Əhəmənilər dövləti də bu hərəkət üçün münasib zamanı düzgün müəyyənləşdirmişdi (10).

Babilin sakit fəthi və beynəlxalq olaylar

Nəhayət Böyük Kuroşin Ludiyeyə qələbəsindən səkkiz il sonra hücumçular birliyində iştirak edən Babil əleyhinə əməliyyat başlandı. Kuroş Babilin şərq hissələrindən Neboneidin ərazisinə daxil oldu və Opisdən keçdi (11). Qədim kitabələrə əsasən Sipar və Babil (paytaxt) kimi şəhərlər savaş olmadan fəth edildi (12). Bu kitabələrə diqqət yetirdikdə fəthlərin dəqiq tarixi əldə olunur. Belə ki, 12 oktyabr (20 mehr) miladdan öncə 539-cu ildə (16 Teşrito Babil ayı), Kuroşin ordu başçılarından biri Oqbero (Qubaro) müharibə olmadan Babil şəhərini fəth etdi. Bir neçə gün sonra yəni həmin il 29 oktyabrda (7 aban) (3 Araxsamnu Babil ayı) Kuroşin özü Babil şəhərinə daxil oldu və əhali tərəfindən əzəmətli şəkildə qarşılandı.

Qədim kitabələrindən birində belə yazılıb: Araxsamnu ayında (8-ci ay), 3-cü gün (7 aban) Kuroş Babilə gəldi. Onun ayaqları altına yaşıl döşəmələr sərilmişdi (13).

Həmin zamanlardan əldə olunan bütün sənəd və faktlar Neboneid hadisəsi və Böyük Kuroş Əsasnaməsi yazıları Babil şəhərinin müharibə olmadan fəth edildiyini təsdiqləyirlər (14).

Babilin sülh şəklində fəth edilməsindən sonra, dünya səviyyəsində çoxlu olaylar baş verdi və ilk insan haqları əsasnaməsi kimi tanınan Böyük Kuroş Əsasnaməsi yazıldı. Kuroş şəhəri fəth edərkən insanların qətli haqda kitabələr yazdıran o dövrün hökmdarlarının əksinə olaraq insanlara hörmət haqda kitabə yazdırdı və öz dini tolerantlığı ilə regionda sülhü bərpa etdi. Bu sülh və təhlükəsizlik Əhəmənilər dövründə müəyyən qədər qaldı. Şərq və qərb arasında əlaqə yarandı və o dövrdən sonra Yunanda böyük filosofların yarandığını müşahidə edirik. Belə ki, bir çox araşdırmaçının qənaətincə, bütün bunlar şərq mədəniyyətinin təsiri altında meydana gəldi.

Böyük Kuroşin dövlətçilik qanunları

Kuroşdən öncə yəni Babil, İlam, Assuri və sairə hökmdarların bir çoxunun fəxrlərindən biri məğlub ölkələrin məbədlərini viran etmək və abidələri digər qənimətlər kimi götürüb aparmaq idi. Beynəlxalq dinlərə bu hörmətsizliklər bu abidələrin geri alınması üçün əsrlərlə müharibələrin davam etməsi və bu qanlı müharibələrdə minlərlə insanın həlak olması ilə nəticələndi. Lakin Kuroş məntiqi, müdafiə addımları ilə sərhədləri təhlükəsiz etdi. Digər tərəfdən məğlublarla münasib davranışla müharibələrə son qoydu və bölgədə sülh hakim oldu.

Kuroş Babili fəth etdikdən sonra ölkənin məsələlərini idarə etməyə daha çox vaxt tapa bildi. Belə ki, Kuroşin dövlətçiliyi bəzi tanınmış Yunan tarixçiləri, o cümlədən Ksenofon və Platonun diqqətini cəlb etmişdir. Ksenofon yazıb ki, Kuroş insanların mədəniyyət və ədəbiyyatının inkişafına xüsusi diqqət yetirmişdir (15). Platon da Kuroş barədə yazır: Ölkə Böyük Kuroşin rəhbərliyi ilə hər bir cəhətdən inkişaf etdi, insanlar analoqu olmayan rifah və azadlıqdan faydalanırdı, bir-birlərinə o qədər sevgi bəsləyirdilər ki, sanki hamısı bir-birinin qohumudur (16).

Bu hallar Böyük Kuroşin Şərq və Qərb arasında əlaqə körpüsü yaradan Babilin fəthindən sonra ölkə idarəçiliyində uğurlu olduğunu göstərir. Böyük Kuroşin mütləq çoxlu savaşları və fəthləri olmuşdur, o cümlədən Böyük Kuroşin Qafqazdakı iştirakına işarə etmək olar. Yunan tarixçisi Ksenofon səhra tayfalarının qərbə basqınlarının qarşısını almaq üçün Kuroşin köməyi ilə qalaların tikilməsindən söz açır (17).

Həmçinin Böyük Kuroşin Mərkəzi Asiya bölgəsində olduğuna görə, həmin bölgədə onun adına şəhər olmuşdur. Bu hallar Kuroşin abadlıq və tikintiyə diqqətini zehinlərdə canlandırır.

Kuroşin hərbi və siyasi strategiyaları sonralar yeni dünyanın siyasətçiləri və baniləri tərəfindən dəqiq şəkildə mütaliə olundu. Misal üçün Makiavelli öz kitabında dəfələrlə Kuroşin ölkə idarəçiliyi peşəkarlığı və strategiyalarına işarə etmişdir.

Kuroşin İran tarixindəki əhəmiyyəti budur ki, o ölkəni yaratmağa başladı. Ondan öncəki hökmdarlar xüsusi siyasi ideologiya əsasında sırf yerli hakimlər idilər. Lakin Kuroş bugünkü İranın nüvəsini təşkil etdi.

Kuroşin ikinci əhəmiyyəti ideologiya və siyasi fəlsəfə cəhəti idi. Kuroş azadlığa, xüsusilə də dini və inanc azadlığına böyük hörmət bəsləyirdi və nəzarətə götürdüyü bölgələrin məbədləri ilə işi yox idi.

Kuroş quldarlığı ləğv etdi və elan etdi ki, bütün insanlar azaddırlar və etdikləri işlər qarşısında muzdlarını almalıdırlar. Buna görə, Əhəmənilərin paytaxtı Taxt-Cəmşidin işlədikləri işin qarşısında muzdunu alan azad fəhlələr və insanların əli ilə tikildiyini müşahidə edirik. Bu məsələ Taxt-Cəmşiddə yeraltında kəşf olunan gildən hazırlanan lövhələrə əsasən isbat olunmuşdur. Taxt-Cəmşiddə yanğına görə bişməsinə, nəticədə əsrlər boyu olduğu kimi qalmasına səbəb olan gildən hazırlanan bu lövhələrə əsasən fəhlə qadın və kişilər bərabər maaş alırdılar.

Kuroşin vurğuladığı əsas məsələ, insan azadlığı, insan bərabərliyi, inanc azadlığı bugünkü bəşərin əldə etdiyi təbii haqların bir hissəsidir.

Makiavelli

Böyük Kuroş islam dövrü tarixçilərinin kitablarında

İslam tarixçiləri, o cümlədən Əbu Reyhan Biruni "Asar əl-Baqiyə" (qalan əsərlər) adlı tarix kitabında Kuroşi İran şahı adlandırır.

Böyük Kuroş Quranda

Bir çox böyük Quran təfsirçisi, o cümlədən Əllamə Təbatəbai (Təbrizli müctəhid) bu qənaətdədir ki, Quranda yaxşılıqla xatırlanan Zülqərneyn adlı əfsanəvi şəxsiyyət həmin Əhəməni şahı Kuroşdir. Bu dastan Kəhf surəsindədir.

Kuroş - sidney

Kuroş avropalı və amerikalı tarixçilər və siyasətçilərin baxışında

Kuroş Yunan tarixi vasitəsi ilə Ksenofonun əsəri Kurupdiya (Kuroşnamə) kitabı ilə qərb insanları üçün tanış olmuşdur. ABŞ konstitusiyasını tənzimləyənlər qanunları yazarkən Ksenofonun kitabından və Kuroşin ölkə idarəçiliyi əsasnaməsindən (xüsusilə də inanc azadlığı) çox faydalanmışlar. Ceferson (İstiqlal Deklarasiyasını yazarı, ABŞ-ın banilərindən və bu ölkənin 3-cü prezidenti) öz nəvəsinə məktubda belə yazır: Sənə tövsiyə edirəm ki, hər iki dildə (yunanca və latınca) tarix və ədəbiyyatı öyrənməyi davam etdir. Yunancada, hamısından öncə Kuroşnamə ilə başla.

Onun oxumağı tövsiyə etdiyi kitab Yunan tarixçisi Ksenofounun miladdan öncə 5-ci əsrdə yazdığı Kuroşnamə və ya Kuroşin təlim-tərbiyəsi kitabıdır. Həmin kitab Əhəmənilər sülaləsinin banisi II Kuroşin həyatından bəhs edir.

Ceferson italiyalı dostu Filipp Maziyə ünvanladığı məktubda isə o kitabdan italyancaya tərcümə etməsini istəyir. Cefersonun şəxsi kitabxanasında Kuroşnamənin 4 müxtəlif çapının olduğu qeydə alınıb. Ceferson onlardan birində öz xətti ilə kitabın iki nüsxəsinin tərcüməsini müqayisə edib.

11

Kuroşin ölümü

Tarixi mənbələrin Kuroşin ölümü haqda ortaq fiKuroşləri yoxdur. Bir çoxları Kuroşin ölümünün Mərkəzi və Şərqi Asiya bölgələrində müharibə nəticəsində öldüyünü hesab edir. Bəzi mənbələr isə Böyük Kuroşin təbii şəkildə dünyasını dəyişdiyinə işarə edir. Kuroşin ölümünün təbii şəkildə ya müharibədə olması və yaxud müharibədə yaralanması, sonra isə qayıdaraq öz ərazisində vəfat etməsi haqda suallara dəqiq cavab vermək olmaz. Lakin şübhə yoxdur ki, Kuroşin məqbərəsi öz ərazisinə gətirilib və Böyük Kuroşin məqbərəsi İranın hazırkı Fars vilayətində yerləşən Pasarqaddadır.

Ksenofon Kuroşin qoca vaxtı təbii şəkildə ölümündən söz açıb və hətta ondan son məşhur nəsihəti də nəql etmişdir (18). Ketzias kimi başqa tarixçilər yazıblar ki, Kuroş müharibədə yaralandı. Lakin Kuroşin ordusu döyüşün qalibi idi. Hər halda Kuroş vəsiyyət və nəsihətindən sonra vəfat etdi (19). Brosos Kildani Kuroşin Dahe tayfası ilə savaşda öldüyünü yazır (20). Lakin Herodotun yazısı hamısından məşhurdur. O, Kuroşin Massagetlərlə savaşda öldüyünü hesab edir (21).

Aydın olduğu kimi, son müharibəyə toxunan əksər şəxslər şərq və şimal-şərq bölgələrindəki müharibəyə toxunublar. Böyük Kuroşin qoşununun şərq bölgələrə getməsində heç bir şübhə yoxdur. Çünki tarixi Soğd bölgəsində Kuroş adlı şəhər vardır. Bu da Kuroşin o ərazilərdə qalib gəldiyini göstərir. Amma o ərazidəki müharibələrin Kuroşin ölümünə səbəb olması qəti deyildir.

Bu arada Herodotun söylədikləri başqalarının sözlərindən daha əfsanəvi və nağıl xarakterlidir. Hətta Herodotun özü açıq-aşkar yazıb ki, Kuroşin ölümü haqqında müxtəlif rəvayətlər eşitmişdir. Lakin söylədiyi rəvayəti özü üçün qalanlarından daha etibarlı hesab edir (22). Başqa sözlə, Herodotun özü etiraf edib ki, öz marağına əsasən, bu dastanı qeyd edir. Sanki Kuroşin ölümü haqda şübhəsi varmış.

Herodot yazır ki, Kuroş Massagetlərə məğlub oldu, hətta Kuroşin cəsədi Massagetlərin (Tomris) kraliçasının yanında qaldı və o kraliça onun başını bədənindən ayırdı!

Bəs görəsən Herodotun Massagetlərlə müharibə haqda rəvayətinin tarixi etibarı varmı?

Herodotun dediyinin yanlışlığı oradan aydın olur ki, tarixçilər Kuroşin cəsədinin qalıqlarını məqbərəsində görmüş və qeyd etmişlər. Buna görə, aydın olur ki, Kuroşin cəsədi Massagetlərin kraliçasının yanında qalmayıb. Kuroşin məqbərəsini xatırlayan ən məşhur tarixçilərdən Arian, Strabo və Kent Kursu misal göstərmək olar. Arianın sözü daha əhəmiyyətlidir. O İsgəndərin ətrafındakılarından biri Eristopolosa istinadla bildirir ki, hətta Kuroşin cəsədinin qalıqlarını tabutda görmüşdür (23). Herodotun dediklərində çox-çox ziddiyyətlər mövcuddur. O cümlədən, necə mümkün ola bilər ki, Kambuciyə (güclü canişin) Kuroşin məğlubiyyətindən sonra, məğlubiyyətin əvəzini çıxmaq üçün heç bir addım atmayıb və heç nə düşünmədən Misiri fəth etməyə gedib?! Bu açıq-aşkar bir ziddiyyətdir. Herodotun dastanında əfsanəvi xüsusiyyətlər çoxdur; Rəvayət edənin Kuroşin qoşun yeritməsindən öncəki ən özəl danışıqlardan məlumatı olmuşdur və bu danışıqları kimlərin Herodota çatdırdığı bəlli deyil! Bu məsələ Herodotun bütün yazılarında müşahidə olunur. Belə ki, hətta Herodot Dara və Atusanın yatarkən danışıqlarından xəbər verir (24). Herodotun dediyi çox böyük ərazi olan, göz işlədikcə uzun səhra olan uzaq ərazidə Masaqetlər kimi səhra tayfalarının ərazisinin Kuroş üçün nə faydası olduğunu araşdırmaq lazımdır?!

Hər halda səhra tayfaları ilə Kuroş arasında müharibə baş versə də, təbiidir ki, səhra tayfalarının yaratdığı problemlərə görə olmuşdur. Çünki onların ərazisinin ələ keçirilməsinin Kuroş üçün faydası yox idi.

Kuroş və Pasargad permanent link

Böyük Kuroş və Azərbaycan Respublikasının dərslik kitabları

Azərbaycan Respublikasında 5-ci sinfin dərslik tarix kitabında yazılıb ki, Kuroş Azərbaycanlı kraliça (!) Tomris tərəfindən öldürülüb.

Bu günlər hətta Herodotun yazılarının da təhrif olunduğu müşahidə olunur. Deyirlər ki, Kuroş Azərbaycan kraliçası ilə müharibədə öldürüldü!! Bu təhrifçilər Massagetləri azərbaycanlı və Tomrisi Azərbaycan kraliçası adlandırırlar, maraqlıdır ki, Herodota istinad edirlər.

Herodota əsasən Massagetləri azərbaycanlı hesab edərsək, bəlkə də hər məsələdən daha çox azərbaycanlılara hörmətsizlik olar. Çünki Herodot "ictimai fahişəlik" və "adamyeyən" kimi adətləri Massagetlərə aid edir. Herodot Massagetlərin adətləri haqda yazır:

"...Qadınlar hamıya aiddir... Hər Massaget kişi istədiyi qadının daxmasının önündə paltarını asır və çox rahatlıqla onunla yaxınlıq edir...Bir kişi tam qocalarsa, bütün yaxınları onun başına toplaşır və onu bir neçə baş heyvanla qurbanlıq edirlər, sonra ətləri bişirir və onunla bir ziyafət təşkil edirlər..." (26).

Amma önəmli məsələ budur ki, Massagetlərin Xəzər dənizinin şərqində yaşamasında şübhə yoxdur və Azərbaycana, Arana və Qafqaza aidiyyətləri yoxdur. Herodotun özü açıq-aşkar yazıb ki, Massagetlər Xəzər dənizinin şərqində Araks (Araxes) çayının yuxarısında sakin idilər (27).

Massagetlərin Orta Asiyada deyil, Qafqazda yaşamasını əks etdirəcək heç bir tarixi mənbə yoxdur! Bəlkə də bu arada Araks çayı adının oxşarlığı (Araz çayının ermənicə tələffüzü) yanlışlığa səbəb ola bilər. Lakin görünür burada Araks dedikdə məqsəd Ceyhun və ya Amudəryadır.

Herodotun Araks haqda dediyi bir az naməlumdur. Lakin görünür Araks çayında məqsəd həmin Ceyhun və ya Amudəryadır (Oxus) (28).

Herodot öz tarixində türk tayfalarına heç toxunmayıb və ümumiyyətlə türklər Herodot və qədim yunanlar üçün tanış deyildilər. Səbəbi isə budur ki, ümumiyyətlə türklər o vaxt Çinin qərbində yaşayırdılar və Amudəryanın bu tərəfinə gəlməmişdilər.

Makedoniyalı İsgəndərin hücumu vaxtı və şərq və şimal-şərq (Mərkəzi Asiya) bölgələrində baş verən qalmaqallar zamanı yenə də tarixi mənbələrdə Massagetlər xatırlanır və artıq şübhə qalmır ki, Massagetlər şərq və şimal-lərq bölgələrində sakin olmuşlar (29).

Massagetlərin Azərbaycan və Arana heç bir aidiyyətinin olmadığını görürük. Herodotun dediyi kimi adət-ənənələrinin azərbaycanlılara heç bir aidiyyəti yoxdur. Bundan öncə də qeyd olundu ki, Madların əsil məkanlarından biri olan hazırkı Azərbaycanda Böyük Kuroşin Madlarla birliyi diqqəti cəlb edir. Qafqazda digər tayfaların da Massagetlərə aidiyyəti yoxdur.

Lakin əsas sual budur ki, dünyada xeyirlə yad olunan Kuroş kimi fərdin öldürülməsinin hansı fəxri vardır ki, Azərbaycan Respublikası hökuməti çoxlu zəhmətlə bu haqda bir dastanı saxtalaşdırıb və onu Azərbaycan xalqına aid etməklə bu fəxri öz adına qeydə almağa çalışır?

Kuroş müharibədə düşmənlərinin əli ilə öldürülübsə, bu başıaşağılığa səbəb olmur. Çünki onun müharibələrdə bir əsgər kimi döyüşdüyünü göstərir! Lakin vəhşi Massaget tayfasını azərbaycanlılara aid etmək bu deməkdir ki, bir tarixçi iddia edir ki, həmin insanların ata-babaları insan əti yeyən və fahişə idilər! Massagetlər bu gün heç bir xalqın onların irsi olduğunu istəmədiyi şəxslər idilər! Əlbəttə Azərbaycan Respublikasını istisna hesab edərsək!

Bakının dərslik kitablarını dizayn edənlərin bu qədər nadanlığı İranda təəccüb və gülüşə səbəb olub. Çünki iranlı tarixçilər anlayıblar ki, Bakıda bir qrup fəxrlik ardınca olduqları halda, özlərini təhqir ediblər!

Kuroş qocalığında müharibəyə gedirdi?

Ümumilikdə Böyük Kuroşin şəxslən müharibələrin sonlarında iştirak etməsi ciddi problemlə üz-üzədir. Kuroş o vaxtlar yaşlı qoca kişi idi. Bərdiya və Kəmbuciyə adlı iki cəngavər oğlu vardı. Hətta Kəmbuciyə atasından sonra Misiri fəth etdi. Bu da onun cəngavər olduğunu göstərir. Bəs nə üçün Kuroş qoca vaxtında şəxsən son müharibələrdə iştirak etməli idi?! Ksenofondan əlavə, Böyük Kuroşin müharibə nəticəsində öldürülməsinin əksini göstərən başqa rəvayətlər də vardır. Belə ki, Strabon Böyük Kuroşin Sekalarla müharibəsini tam qələbə hesab edir (30).

Kuroşin ölümü haqda naməlum şərait olsa da, Böyük Kuroşin ölümü ili barədə şübhə yoxdur. Çünki Babil sənədlərinə əsasən Böyük Kuroş eramızdan öncə 530-cu ildə vəfat etmişdir. Çünki Babil sənədlərində bu il Böyük Kuroşin oğlu Kəmbuciyənin hökmranlığının başlanması ili olaraq qeyd olunub (31).

Böyük Kuroş 2550-ci ilə yaxın vaxtlarda dünyasını dəyişdi. Amma ondan yaxşı ad yadigar qaldı. Bu bir neçə min il ərzində Böyük Kuroş həmişə tarixi mənbələrdə yaxşı adla xatırlanmışdır. Hətta bugünkü dünyada böyük komandanlar onu xoş xatırlayırlar.

Kuroşin əsasnaməsinin ilk insan haqları əsasnaməsi olaraq tanınması, Haaqa məhkəməsində Böyük Kuroş Əsasnaməsinin xatirəsi, Avstraliyanın Sidney şəhərində Böyük Kuroşin rəsmi, Fransa Versace Sarayında Böyük Kuroşin rəsmi, Londonda Böyük Kuroş küçəsi, Los-Ancelesdə Böyük Kuroş Əsasnaməsi abidəsi, San Dieqoda Balboa parkında Böyük Kuroş Əsasnaməsi abidəsi və başqaları bugünkü dünyada Böyük Kuroşin xatirələrinin sadəcə bir hissəsidir.

Yazar: Məcid Xaliqian (Tehran Universitetinin Tarix fakültəsinin magistratura dərəcəsini bitirib)

təbriz də Kuroş Populyarlıqi permanent link

*Qeydlər:

* Kuruş Şəhrəkiyə təşəkkürlər


1. Asixolos. Əsərlər məcmusu. Abdulla Kövsərinin tərcüməsi. Tehran, Ney Nəşriyyatı, 1390, səhifə 409.

2. Ksenofon, Kuroşin həyatı (Kuroşin tərbiyəsi). Əbülhəsən Təhaminin tərcüməsi, Tehran, Neqah nəşriyyatı, 1389, səhifə 352, (8-ci dəftər, 6-cı fəsil, 23-cü hissə).

3. Bax: Əşiyayi-Nəbi Kitabı, 44 və 45-ci fəsillər.

4. Britaniya muzeyinin araşdırmaçısı və Tehran Universitetinin müəllimi Doktor Şahrox Rəzmcu. O Kuroşin əsasnaməsinin babilcəsinin əsil mətini farscaya tərcümə edib, Tehran Universiteti Tarix Tələbələri Elmi Cəmiyyəti tərəfindən keçirilən Böyük Kuroş Əsasnaməsinin xatirəsi 3-cü konfransında (7 aban 1392) bildirib: Babildən bir sıra sənədlərimiz vardır ki, gil kitabələr və lövhələrə şamil olur. Doktor Şahrox Rəzmcu bu lövhələrdən birinin şəklini göstərərək bildirib: Bu lövhə Babilin fəthindən iki gün sonraya aid olur. Həmin vaxtda Kuroşin özü Babilə daxil olmamışdı və İran qoşunları Babili fəth etmişdilər. Burada bir alış-veriş şərh olunur. Həmin alış-verişdə ödəniş üçün bir qoyun alıb-satılır.

Bu məsələni nəzərə alaraq demək olar ki, Kuroşin hərbçiləri Babilə daxil olduğu, hərbçilərin bu şəhərdə olduğu vaxtda Babilin idarə sistemi normal qaydada işləyir. Doktor Rəzmcu sözlərinin davamında bu hallara toxunaraq deyib: Bu bizə deyir ki, insanlar öz normal həyatları ilə məşğul idilər, qırğın və qarət görünmür. Çünki bu sənədlər divanxanalarda tənzimlənməli idi, şahidlərin iştirakı olmalı idi, onlar onu təsdiqləyib imzalamalı idilər. Bizim Babilin fəthindən sonrakı günlərə aid lövhələr toplumuz vardır. Bütün bu lövhələr hər şeyin öz qaydasında olduğunu göstərir.

5. Ksenofonun Kuroşopediyası, 1-ci dəftər, 2-ci fəsil, 1-ci hissə; Herodotun tarixi, 1-ci kitab, 107-ci hissə.

6. Bax: Herodot, 1-ci kitab, 107-122-ci hissələr. Herodot, Herodotun tarixi. Murtaza Saqibfərin tərcüməsi. Andre Bargenin tərcüməsinə əsasən. Tehran, Əsatir, 1389, səhifə 150-158.

7. Neboneid müqaviləsi, 2-ci fəsil, 1 və 2-ci hissələr.

8. Bax: Herodot, 1-ci kitab, 77 və 153-cü hissələr; Ksenofon, 2-ci dəftər, 1-ci fəsil, 5-ci hissə.

9. Turəc Dəryayi. "Böyük Kuroşin dini". Böyük Kuroş İranın tarixi şahı. Azərdoxt Cəlilianın tərcüməsi. Tehran, Tus, 1393, səhifə 23-24.

10. Şahrox Rəzmcu, Böyük Kuroş Əsasnaməsi. Tehran, Fərzan-Ruz, 1389, səhifə 70.

12. Neboneid müqaviləsi, 3-cü fəsil, 14-19-cu hissələr.

13. Öncəki mənbə, 18-19 hissələr. Əbdülməcid Ərfəi. Böyük Kuroşin fərmanı. Tehran, İslam Böyük Ensiklopediyası Mərkəzi. 1389, səhifə 14.

14-  Dandamayev, Muhammad Abdoulkadyrovitch. “BABYLONIA i. History of Babylonia in the Median and Achaemenid periods”. Encyclopedia Iranica. August 19, 2011. Available online at “iranicaonline.org/articles/babylonia-i

15. Ksenofonun Kuroşopediyası, 8-ci dəftər, 2-ci fəsil, 14-cü hissə.

16. Platon, 3-cü qanunlar kitabı, Soxən jurnalı, 11-ci dövrü, 12-ci sayı. 1340, səhifə 1281-1285.

17. Kuroşopediya, 3-cü dəftər, 2-ci hissə

18. Öncəki mənbə, 8-ci dəftər, 7-ci hissə.

19. Ketzias, Kuroşdən Ərdəşirədək Ketzias tarixinin ixtisarı, (Fotius ixtisarı). Kamyab Xəlilinin tərcüməsi. Tehran, Karəng, 1380, 6-cı kitab, 2 və 4-cü hissələr; 8-ci kitab, 1, 5 və 6-cı hissələr.

20. Həsən Pirniya, Qədim İranın tarixi. 1-ci cild, Neqah nəşriyyatı, 1391, səhifə 391.

21. Herodotun tarixi, 1-ci kitab, 201-216-cı hissələr.

22. Öncəki mənbə, 1-ci kitab, 214-cü hissə.

23. Arrian, Anabasis 6.29.1-11

24. Herodotun tarixi. 3-cü kitab, 134-cü hissə.

25. Öncəki mənbə. 1-ci kitab, 204-cü hissə.

26. Öncəki mənbə. 216-cı hissə.

27. Öncəki mənbə, 201 və 204-cü hissələr.

28. Herodotun yazıları haqda Andre Bargenin açıqlamaları. Bax: Herodot. Herodotun tarixi. Murtaza Saqibfərin tərcüməsi. Andre Bargenin tərcüməsinə əsasən. Tehran, Əsatir, 1389, səhifə 229, qeyd 223.

29. Dani. A.H. İsgəndərin Mərkəzi Asiyaya qoşun yeritməsi. Sadiq Məlik Şəhmirzadinin tərcüməsi. YUNESKO-nun Mərkəzi Asiya sivilizasiyaları tarixində araşdırması. 2-ci cild. 1-ci hissə. Tehran, Xarici İşlər Nazirliyi, 1375, səhifə 68-70.

30. Strabon. Strabo coğrafiyası, Əhəmənilərin hökmranlığı altında olan ərazilər. Humayun Sənətizadənin tərcüməsi, İrəc Əfşar Vəqflər Müəssisəsi nəşri. Tehran, 1381, səhifə 33.

31. Valter Hints, Dara və İranlılar. Pərviz Rəcəbinin tərcüməsi. Tehran, Mahi, 1387, səhifə 87.




Yazar:

Məcid Xaliqian (Tehran Universitetinin Tarix fakültəsinin magistratura dərəcəsini bitirib)