Milli Məclisinin deputatı Fazil Mustafanın Babək xürrəmi haqqında həqiqətləri

  1. 2 həftə, 6 gün əvvəl
  2. 0
fazil
Badkubeh -
“Babəkin Azərbaycan cəmiyyətində adının milli qəhrəman olaraq tanınması utancverici haldır”

Babək sovet sistemi tərəfindən Azərbaycan xalqına sırınmış bir simadır. Məmməd Əmin Rəsulzadə  “İran türkləri haqqında yazırdı: XIX əsrə qədər uşaqlara Babək adının qoyulması ayıb sayılırdı”.

Bu ilk dəfə sovet dövründə 1924-cü ildə Cəfər Cabbarlının “Od gəlini” əsərində, təqribən Babək obrazının personajının yaradılması ilə başlayan və sonradan İslama qarşı, İslamın ərəb dini olduğu ərəb istilası kimi xarakterizə olunmasını məqbul sayan sovet ideoloji aparatının bir kəşfi idi.

Babəkə qarşı döyüşən bir faktı çatdırmaq istəyirəm. Babəkə qarşı döyüşənlər əsasən türklər olublar. Babəki məğlub edənlər Abbasi xilafətində ordunun başında olan türklər olublar. Bu türklərin də əksəriyyəti məhz Babəkin anti-islam düşüncəsinə qarşı mübarizə aparıblar.

Baxın: Azərbaycan xalqı kimin dəyərlərini yaşadır? Babək xürrəminin dəyərlərini, yoxsa Həzrəti Məhəmməd Peyğəmbərin dəyərlərini? Əlbəttə, əziz Peyğəmbərin dəyərlərini.

Babəkin öz dini olub, xürrəmilik. Bu da islama zidd olub.

Babək deyirdi:  “Mən öz dinimi müsəlmanları məğlub edəndən sonra onlara qəbul etdirəcəm və sonrada onları xristianlığa dəvət edəcəm”.

Babək niyə məğlub oldu? çünki Babək öz dinini, xürrəmiliyi qorumaq üçün mübarizə aparırdı.

Biz çox sadəlöv xalqıq, Babək guya Azərbaycan adlı dövlət yaratmışdı. Azərbaycan xalqının milli qəhrəmanıdır və s. Babəkin Azərbaycan cəmiyyətində adının milli qəhrəman olaraq tanınması utancverici haldı.

Məmməd Əmin Rəsulzadəyə istinadən Fazil Mustafaya görə 1918-ci ilə qədər Azərbaycan adlı dövlət ərazisi olmayıb.

Mirzəağa Həsənalı oğlu


reader's comments

Loading...