Tarixi təhrif etmək olmaz

ran İslam İnqilabının 40 illiyi münasibətilə fevral ayında İran prezidenti Həsən Ruhanı hazırda Azərbaycan ərazilərinə məxsus ərazilərin, ümumiyyətlə Qafqazda olan ərazilərin böyük hissəsinin İranın qədim əraziləri hesab etməsi ilə bağlı bəyanatı tam məntiqə uyğundur. Bu bəyanat Azərbaycan Respublikasında Azərbaycan-Türkiyə konfederasiyası məsələsini ortaya atıb ölkəmizi "Altaylara", "boz qurd"a bağayanlara, ABŞ-ın məkrli siyasətinə, "gülənçilərə" xidmət edənlərə yönəlmiş tutarlı bir cavabdır.

  1. 6 ay əvvəl
  2. 0
tarix dərslik
Badkubeh -

Azərbaycan Respublikasında bəzi tarixçi alimlər “İrandan qaçma” sindromunu gənc nəslin beynlərinə yeridərək “Azərbaycan tarixi” dərsliklərində təhriflərə və bəzi səhvlərə yol verirlər.

Tarix insanlığın tərcümeyi -halıdır. Tərixin dəyəri onun bu günə, gələcəyə bağlılığındadır. Tarixi təhrif etmək və saxtalaşdırmaq ən böyük günahdır. Amma təəssüf ki, Azərbaycanda bəzi tarixçi alimlər "İrandanqaçma" sindromunu gənc nəslin beyninə yeridərək tarix dərsliklərində, "Azərbaycan tarixi" kitabında inanılmaz    təhriflərə, kobud səhvlərə geniş yol verirlər.

İran İslam İnqilabının 40 illiyi münasibətilə fevral ayında İran prezidenti Həsən Ruhanı hazırda Azərbaycan ərazilərinə məxsus ərazilərin, ümumiyyətlə Qafqazda olan ərazilərin böyük hissəsinin İranın qədim əraziləri hesab etməsi ilə bağlı bəyanatı tam məntiqə uyğundur. Bu bəyanat Azərbaycan Respublikasında Azərbaycan-Türkiyə konfederasiyası məsələsini ortaya atıb ölkəmizi "Altaylara", "boz qurd"a bağayanlara, ABŞ-ın məkrli siyasətinə, "gülənçilərə" xidmət edənlərə yönəlmiş tutarlı bir cavabdır.

Rəsmi Azərbaycan dövlətinin bəzi saytları və bəzi siyasi politoloqlar, o cümlədən, bəzi tarixşünas alimlər İran prezidentinin bəyanatını ölkəmizə qarşı ərazi iddiası kimi qələmə verməyə çalışır, iftira və yalanları sosial şəbəkələrdə yaymaqla məşğul olurlar. Onlar dərk etmirlər ki, bu, ərazi iddiası deyil. Söylənən həmin fikirlər sadəcə tarixi reallıqları yada salmaq idi. Mən bəzi xəstə təfəkkür sahiblərinə, 2001-ci il iyulun 20-də mərhum Heydər Əliyevin Bakıda rəsmi səfərdə olan cənab Həsən Ruhani ilə olan gürüşünü xatırlatmaq istəyirəm. O dövrdə cənab Ruhani İran İslam Respublikası Ali Təhlükəsizlik Şurasının katibi vəzifəsində çalışırdı. Həmin görüşdə prezident Heydər Əliyev Azərbaycan-İran arasında çoxəsrlik dostluq, qardaşlıq bağlarından danışmış, iki qonsu xalqın eyni kokə mənsub olduğunu dilə gətirmişdi:"Çoxəsrlik tariximizdə biz bu zamanın çox hissəsini bir yerdə olmuşuq. Biz eyni köklərə mənsubuq. Allah -Təala bizi həmişə bir olmağa dəvət edib, biz də bir olmuşuq. 19-cu əsrin əvvəllərində biz İrandan ayrılmışıq, İran da bizdən. Bu ayrılıq dövründə də biz bir-birimizdən ayrılmamışıq, bir yerdə olmuşuq."



Mirzəağa Məmmədli



reader's comments

Loading...