Kanadanın Baş naziri Castin Tryudo iranlıların bayramı olan Novruz münasibət ilə (Fars, ingilis, fransız dillərində) təbrik hazırlayıb. Sadəliyi ilə hər kəsin sevimlisinə çevrilən siyasətçi təbrik mesajını videoya çəkərək şəxsi hesabında paylaşıb. O, qeyd edib ki, həyat yoldaşı Sofi də təbriklərə qoşulur. Baş nazir öz mesajını İranda qədimi tədrik sayılan "Noruzetan piruz, hər ruzetan noruz" ifadəsi ilə başlayıb.
Tryudo təbrikində əlavə edib ki, bu bayram İran təqvimində yazın gəlişi ilə əlaqədar keçirilir və dostlar, ailə üzvlərinin bir araya gəldiyi gündür. Bu bayramda insanlar bir-birinə hədiyyələr verirlər, musiqilərdən zövq alırlar və yeməklərini paylaşırlar.
Baş nazirin Novruz təbrikini təqdim edirik
reader's comments