BMT "qətnamə istehsal edən" mənasız və boş bir təşkilatdır

Bu gün Ərəbistan yarımadasının ikinci dövləti olan Yəməndə vəziyyət çox acınacaqlıdır. 2012-ci ildə ABŞ, İsrail və Səudiyyənin himayəsi ilə Mənsur Abdurqabbi Hadini Yəməndə prezident kürsüsünə gətirdilər. M. A. Hadi ölkənin problemlərini həll etmək əvəzinə, ABŞ-ın, İsrailin və Səudiyyənin himayədarlığı ilə ölkədə Əhli-Beyt ardıcıllarına qarşı təzyiqləri gücləndirməyə başladı

  1. 9 ay, 3 həftə əvvəl
  2. 0
tbm
Badkubeh -

Birləşmiş Millətlər Təşkilatının yaranmasından artıq 73 il keçir. Onun keşmiş və bu günkü fəaliyyətinə nəzər salsaq görərik ki, bu təşkilat yarandığı gündən indiyə qədər sadəcə "qətnamə istehsal edən" qurum kimi tarixə düşüb. Təşkilatın ən önəmli orqanı Təhlükəsizlik şurasıdır və onun başlıca məsuliyyəti beynəlxalq sülhün və təhlükəsizliyin qorunmasıdır. ABŞ, Böyük Britaniya, Fransa, Rusiya və Çin bu gün dünyanın ən güclü dövlətləri sayılır. BMT-nin Təhlükəsizlik şurasına üzv olan bu dövlətlər qurumun vacib qərarlar qəbul etməsində  böyük rol oynasalar da, nəticə göz önündədir. Bu hegemon dövlətlər  BMT-də öz monopoliyalarını qurmuşlar. Onlar bu gün dünya üzərində öz maraqlarını  məhz bu qurumun bayrağı altında pərdələnərək həyata keçirirlər. Adları qeyd edilən superdövlətlər dünyanı bölüşdürmək uğrunda  bu pərdə arxasında daim öz aralarında mübarizə aparmaqdan belə çəkinmirlər. Fələstin məsələsi 60 ildən çox, özü də məhz BMT-nin 1947-ci ildə qəbul etdiyi qətnamənin pozulması ilə davam etməkdədir.

     Afrika ölkələrində baş verən aclığın qarşısını almaq üçün BMT-nin göstərdiyi səylər də çox  cüzi köməklə  sonuclandı. Təşkilat rəhbərliyi yalnız öz üzvlərinə müraciət edərək bir neçə milyon pul sərf etməklə bu problemin həll olunduğunu güman edir. Halbuki ABŞ-ın  İraq və  Əfqanıstanda apardığı və 100 milyonlarla insanın məhvi ilə nəticələnən müharibələrə milyardlarla dollar vəsait xərclənib. 1995-ci ildə BMT Bosniyada qətliamlar törədilməsinin də qarşısını ala bilmədi. Çünki bu qurumun, ümumiyyətlə, proseslərə təsir və nəzarət etmək mexanizmi yoxdur. Serblər tərəfindən həyata keçirilmiş bu dəhşətli qırğın nəticəsində minlərlə günahsız dinc insan, müsəlmanlar qətlə yetirildi. Azərbaycan da BMT-nin səmərəsiz fəaliyyətindən və işlək təsir mexanizminin olmamasından əziyyət çəkən ölkələr sırasındadır. Ermənistanın işğalçılıq siyasətini pisləyən 4 qətnamə qəbul edilsə də, bu qətnamələr indiyədək kağız üzərində qalıb. Halbuki 24 il əvvəl dünyanın ən varlı neft ölkələrindən biri olan Küveyt, qurulduğu gündən bu ölkə üzərində haqqı olduğunu iddia edən İraq tərəfindən işğal edildi.  Neft rezervlərinin 60 faizdən çox hissəsinin olduğu Yaxın Şərqdə və Küveytdə nəzarəti itirmək istəməyən başda ABŞ olmaqla, Qərb ölkələri işğala tamaşaçı qalmadılar. Tez bir zaman ərzində iclas keçirən Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik şurası, beynəlxalq sülhü pozduğu sübut olunan İraqın  qeydsiz və şərtsiz Küveytdən çıxmasını tələb etdi və tez bir zamanda buna nail oldu. Demək öz maraqları tələb edəndə BMT qərarlarının yerinə yetirilməsi üçün təsirli mexanizm tapılır.

    Bu gün Ərəbistan yarımadasının ikinci dövləti olan Yəməndə  vəziyyət çox acınacaqlıdır. 2012-ci ildə ABŞ, İsrail və Səudiyyənin himayəsi ilə Mənsur Abdurqabbi Hadini Yəməndə prezident kürsüsünə gətirdilər. M. A. Hadi ölkənin problemlərini həll etmək əvəzinə, ABŞ-ın, İsrailin və Səudiyyənin himayədarlığı ilə ölkədə Əhli-Beyt ardıcıllarına qarşı təzyiqləri gücləndirməyə başladı.  Əhli-beyt ardıcılları olan husilər Yəmən xalqı ilə vəhdət təşkil edərək 2014-cü ilin sentyabrında Hadi hökumətini istefaya göndərərək  xalqın istəyinə uyğun hökumət qurdular. Husilərin rəbvərliyi altında yeni hökumətin ən ümdə vəzifəsi keçmiş hakimiyyət dairələrində rüşvətxorluğun aradan qaldırılması, yanacağın ucuzlaşdırılması  və ölkədə geniş isəlahatlar aparılması idi. 2015-ci ilin sentyabrında BMT-nin Təhlükəsizlik şurasının Yəməndə yeni yaradılmış hökumətə qarşı qərarı müharibə tonqalını alovlandırmış oldu. Qərarda ölkədən qaçmış sabiq prezident M.A. Hadinin hakimiyyətini bərpa etmək, Yəməndə Husi hökumətinə silah embarqosu qoymaq əks olunmuşdu. Buna ABŞ-ın , İsrailin və Səudiyyənin səyi ilə nail olundu. Onların niyyəti Yəməndəki yeni hökuməti beşiyində boğmaq idi. Səudiyyə Ərəbistanı ABŞ-ın dəstəyi ilə yaranan ərəb koalisiyası ilə birlikdə Yəməni, onun əyalətlərini demək olar ki, hər gün hava zərbəsi ilə  bombardman edir. Məscidlər, xəstəxanalar, məktəblər viran olur, minlərlə dinc sakin həlak olur. Yəmənin Səna limanına humanitar yardım gətirən təyyarələrin qarşısını almaq üçün bu koalisiya qüvvələri hava limanını belə bombalamaqdan çəkinmədi. Bu qandonduran faciəyə BMT-nin seyredici mövqeyi basa düşüləndir. ABŞ-ın vetosu bu qurumda bütün məsələləri həll edir. Ötən il Ağ Ev BMT-yə 10 milyard dollar ayırmaqla istədiyi şərti quruma diqtə etmək haqqını əldə edib. Bir çox ölkələr isə BMT-ni  təcili islahatlar aparmağa çağırıb. Gülünc iddiadır. 73 ildə qurum daxilində hansı islahatlar aparılıb ki, bundan sonra da aparılsın? Aparılsa da heç bir xeyri yoxdur. Necə deyərlər dəyirman yenə bildiyini edəcək, çax-çaxı baş ağrıdacaq. Bu gün dünyada BMT-nin boş və mənasız bir təşkilat olduğu barədə nəinki fikir formalaşıb, hətta bu qurum haqqında gülməli lətifələr də dillərdə gəzir. BMT hegemon dovlətlərin əlində sadəcə oyuncaq bir təşkilatdır. Mövlanə Cəlaləddinin gözəl kəlamı var: "Ya olduğun kimi görün, ya da göründüyün kimi ol." Mən Mövlanənin bu hikmətli deyimini qeyd edərkən, hər gün telekanallardan BMT-də islahatlərın aparılması ilə bağlı uzun-uzadı, mənasız danışıqlarla xalqı yoran bəzi siyasi ekspertləri nəzərdə tuturam. Yetər xalqın başının altına yastıq qoymaq. Azərbaycanda BMT-nin nəyə "qadir" olduğunu respublikanın əməkdar jurnalisti, deputat Aqil Abbas və xalq şairi rəhmətlik Qabil vaxtilə xalqa çatdırıblar. Aqil Abbas "Ədalət" qəzetinin 2010-cu il 8 iyun nömrəsində "İt yerinə qoyulmayan BMT, Pan Gum Mun” adlı yazısı ilə bu qurumu əməlli-başlı yıxıb-sürüyərək onun iç üzünü xalqa göstərib. Aqil Abbas təşkilatı millətlər təşkilatının  çayxanası, BMT-nin baş katibini baş çayçı adlandırb. Qurumun özünü isə  mənasız, qrantlar güdən qeyri-hökumət təşkilatlarına bənzədib. Əslində bu həqiqətdir. Düz sözə nə deyəsən? Əgər BMT Birləşmiş Millətlər çayxanası olmasaydı, 1962-ci ildə SSRİ-nin üzdəniraq rəhbəri, qarğıdalı kralı adlanan bivec Nikita Xruşov BMT-də ayaqqabısının bir tayını çıxarıb etiraz mənasında tribunanı döyəcləməzdi.

    1996-cı ildə BMT-ni, ATƏT-i qəzəblə tənqid edən şair Qabilin "Ümüd sənədir ancaq, Azərbaycan əsgəri seiri yada düşür.


Mirzəağa Həsənalı oğlu



reader's comments

Loading...