İsrail politoloqu Aviqdor Eskin:

“Ermənistanın Qolan təpələrini tanıması Ermənistana Qarabağ üçün yeni status tələb etmək imkanı yaradacaq”

  1. 7 ay, 1 həftə əvvəl
  2. 0
Aviqdor Eskin
Badkubeh -

Birləşmiş Millətlər Təşkilatının  büdcəsinə bir neçə milyard dollar keçirib, BMT-nin boş mənasız qətnamə istehsal edən bir təşkilata çevirən ABŞ Prezidentinə dayan deyib, yerində oturdmağın vaxtı çatıb.

Çünki onun verdiyi məsuliyyətsiz qərarlar Azərbaycan Respublikası üçün təhdiddir. İsrail politoloqu Aviqdor Eskin bu ilin martın 27-də Ermənistanın Suriyaya məxsus Qolan təpələrini İsrailin ərazisi kimi tanımağa çağırıb. Aviqdor Eskinin fikrincə Qolan təpələrinin tanınması Ermənistanın Qarabağ üçün yeni status tələb etmək imkanı yaradacaq. Qarabağın Beynəlxalq səviyyədə tanınmasına kömək edəcək.

Bir vaxtlar özünü Azərbaycanın dostu adlandıran bu həmin Aviqdor Eskindir ki, 2011-ci ildə Bakıya gəlib, Quba rayonunda 101-dən Ermənilər tərəfindən qətlə yetirilmiş azərbaycanlıların kütləvi məzarlığını ziyarət etmiş və demişdir:  “Qarabağ müharibəsi dövründə dinc azərbaycanlılara qarşı qətdarlıq nümayiş etdirən və hazırda Ermənistanda hakimiyyətdə olan insanlar bütün dünya üçün təhlükəlidir”.

Azərbaycan İsrail və müsəlman dünyası arasında körpü yaradır deyən Azərbaycanın bəzi “başbilənləri” nəticə çıxarıb, dostunu, düşmənini tanımalıdır. Bu həmin Aviqdor Eskindir ki, bir vaxtlar Bakıda Qarabağ müharibəsində azəriləri qətlə yetirən terorçu erməni Monte Melkonyanın Fələstində qaçqın düşərgəsində təlim keçdiyini siyasi dairələrə anlatmağa çalışmış, beləliklə Fələstin- Azərbaycan arasında əlaqələrin inkişafına soyuqluq yaratmağa cəhd etmişdir.

Nədənsə Azərbaycan mediası, siyasi politoloqların İsrail politoloqunun qərəzli, ikiüzlü mövqeyinə tənqidi münasibət bildirmədilər

Mirzəağa Məmmədli


reader's comments

Loading...