ATƏT-in monitorinq qrupu ermənilərə məlumat ötürür

  1. 6 ay, 2 həftə əvvəl
  2. 0
min12
Badkubeh -

ATƏT-in Minsk qrupu Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsinin sülh və danışıqlar vasitəsilə həlli məqsədilə yaradılmış qurumdur. 1994-cü ildə formalaşdırılan Minsk Qrupunun həmsədrləri olaraq  ABŞ, Fransa, Rusiya  vasitəçilik mandatı əldə etdilər.

Amma təəssüf ki, həmsədr ölkələr tərəfindən 25 il ərzində Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsinin həllinə dair bölgənin statusu da daxil olmaqla, bütün məsələlər beynəlxalq hüquq nörmalarına zidd, təklifləri rəsmi Bakının maraqlarına əks olduğu üçün Azərbaycan Respublikası tərəfindən  qətiyyətlə rədd edilib.

ATƏT-in fəaliyyətdə olan Monitorinq Qrupu ildə 7-8 dəfə sərhəd xəttində, cəbhə bölgəsində, işğal altında olan Dağlıq Qarabağ və ətraf rayonlarda müşahidələr həyata keçirir. İndiyə qədər bu qrupun fəaliyyəti ictimaiyyət, ziyalılar tərəfindən birmənalı qarşılanmayıb. Respublikanın əməkdar jurnalisti, millət vəkili Aqil Abbasın bir müddət əvvəl mönitorinq qrupunun fəaliyyəti ilə bağlı tənqidi fikirləri bu gün də öz aktuallığını itirməyib:" ATƏT-in bir monitorinq qrupu var, guya gəlib atəşkəsin pozulması ilə bağlı hesabat  hazırlasın. Əgər sənin hesabatını heç kim vecinə almırsa, səın kimə lazımsan, sən kimin başını aldadırsan? ATƏT-in monitorinq qrupunda təmsil olunanların hamısı casuslardır, erməniyə işləyirlər. Gəlirlər ki,  görsünlər cəbhə xəttində Azərbaycanın neçə əsgəri var, bazalar, silahlar harda yerləşir? Sonra da ermənilərə ötürürlər məlumatları. "

ATƏT-in Minsk Qrupunun nəzdində yaradılmış  həmsədr ölkə nümayəndələrinin fəaliyyətinə gəlincə, 1-ci Qarabağ döyüşlərinin iştirakçısı, ehtiyatda olan polkovnik, hərbi ekspert Üzeyir Cəfərovun sözlərinə görə, həmsədrlər münaqişənin həllində nəinki heç bir rol oynamır, əksinə bu qurum problemin həlli üçün yeni maneələr yaradır:" ATƏT sədrinin daimi nümayəndəsi Anjey Kasperşik  mütləq "persona non qrata"elan edilməli və Azərbaycana buraxılmamalıdır." bu tələbin səbəblərinə aydınlıq gətirən hərbi ekspertin açıqlamasına görə, daimi nümayəndə təmas xəttindəki monitorinqlərdə iştirak edərək Azərbaycan ordusu ilə bağlı əldə etdiyi məlumatları ermənilərə ötürür:" Məhz bu səbəbdən onun fəaliyyəti yarıtmaz və səmərəsizdir. Kasperşik sozün həqiqi mənasında erməni agentidir."

Mirzəağa Məmmədli



reader's comments

Loading...