Qədim və şirin avazlı fars dili

Fars klassik şeirinin fəxri Firdovsinin hikmət və gözəllik aşiqlərini öz pərəstişkarlarına çevirmiş “Şahnamə”sinin qəhrəmanlıq dastanı, Nizaminin “Xosrov və Şirin”inin məhəbbət, Sədinin “Gülüstan”ının isə hikmət xəzinəsi kimişöhrət tapması buna əyani sübutdur.

  1. 11 ay, 2 həftə əvvəl
  2. 0
fars dili
Badkubeh -

Mən bir müsiqişünas kimi həm də fars dilinin tərdirisi ilə məşğulam. Bir mütəxəssis kimi deyə bilərəm ki, Fars dili dünyanın zəngin dillərindən biri hesab olunur. Bu dil intellektual sərmayənin genişliyi ilə insanı cəlb edir. Bu dildə danışanları dinlərkən belə bir təəssürat yaranır ki, sanki hər səsin öz avazı var. Deyərdim ki, tanış olduğum dillər arasında ən şirin dildir.
 Öz milli kökləri üzərində inkişaf edən Azərbaycan ədəbiyyatının tərəqqisində milli-ədəbi ənənələrlə yanaşı, digər xalqların ədəbiyyatının mütərəqqi ideyalarından faydalanmanın da rolu danılmazdır. Belə ki, ictimai-siyasi birgə yaşayış tərzindən dolayı bir çox ədəbi-bədii nümunələrimiz digər dillərə tərcümə edildiyi kimi, sözügedən xalqların ədəbi mənbələri də mədəniyyətimizin, o cümlədən, ədəbiyyatımızın inkişafında əsas amil qismində çıxış edib. Qarşılıqlı təsir nəticəsində ədəbiyyatımızı zənginləşdirən belə ədəbi sərvətlərdən biri də fars ədəbiyyatı örnəkləridir.

fars dili

Qlobal mədəniyyət hadisəsinə çevrilmiş minillik ənənələrə malik fars ədəbiyyatı, əsasən, Şərq-İslam təfəkkür sintezinin məhsulu olaraq tarixin müxtəlif mərhələlərində lokal ədəbi fikrin formalaşmasında, ayrı-ayrı milli söz sənəti xəzinələrinin yeni incilərlə zənginləşməsində bu və ya digər dərəcədə rol oynayıb. Fars ədiblərinin yaradıcılığının təsiri, tarixi-sosial şərtiliklərdən dolayı, müəyyən dönəmlərdəyaddilli əsərlərin çəkisi yüksək olub, Azərbaycan söz sənətindən də yan ötməyib. Bu sahədə özünəməxsus yeri olan tərcümə sənətinin tarixi zərurət kimi ortaya çıxmasını şərtləndirən başlıca amil isə Azərbaycan türklərinin əsrlər boyu ərəblərlə yanaşı, farslarla da sıx ədəbi-mədəni əlaqədə olması və müştərək İslam mədəniyyətinin yaranmasında bilavasitə iştirakı olub. Hələ erkən orta əsrlərdən etibarən ana dilimizə olunan farsdilli tərcümə abidələri yazılı ədəbi dilimizin inkişaftarixində də mühüm yer tutmuş, onun yeni-yeni anlayışlarla zənginləşməsində müstəsna rol oynayıb. Orta yüzilliklərdə fars dilindən çevrilmiş əsərlərin -bədii ədəbiyyat nümunələrinin üstünlük təşkil etməsinin başlıca səbəbi isə həmin dövrdə fars dilinin Yaxın və Orta Şərq ölkələrinin böyük əksəriyyətində şeir dili kimi geniş nəşət tapması ilə bağlı idi. Bir sıra digər xalqlar kimi Azərbaycan türklərinin də XII əsrdən etibarən sənət örnəklərini daha çox fars dilində qələmə almaları məhz bundan qaynaqlanırdı.
Fars dilindən edilmiş bədii tərcümələrin üstünlük təşkil etməsini şərtləndirən amillərdən biri də sözügedən dildə qələmə alınmış sənət nümunələrinin Yaxın və Orta Şərq ölkələrində geniş məkan koordinatını əhatə etməsi və böyük şöhrət qazanması idi. Fars klassik şeirinin fəxri Firdovsinin hikmət və gözəllik aşiqlərini öz pərəstişkarlarına çevirmiş “Şahnamə”sinin qəhrəmanlıq dastanı, Nizaminin “Xosrov və Şirin”inin məhəbbət, Sədinin “Gülüstan”ının isə hikmət xəzinəsi kimişöhrət tapması buna əyani sübutdur. Məhz bu səbəbdən dolayı orta yüzilliklərdə sözügedən əsərlərin hər üçünün türk dillərinə müxtəlif tərcümələri ortaya çıxıb. Həmin tərcümələr içərisində Seyf Sərainin “Gülüstan” (XIV əsr),Qütbün “Xosrov və Şirin” (XIV əsr) və Şərifinin “Şahnamə” (XV əsr) tərcümələrixüsusilə əhəmiyyətlidir.
 Azərbaycan tərcümə ədəbiyyatı tarixində XIII əsr tərcümə abidəsi, “Sindbadnamə”, “Kəlilə və Dimnə”nin də özünəmxsus yeri vardır. Belə ki, XIII əsrin məşhur tarixçisi Həmdulla Qəzvininin “Tarixe-qozide” (“Seçilmiş tarix”) əsərinə əsasən, Məlik Səid İftixarəddin Qəzvini “Min bir gecə” nağılları əsasında yazılmış “Sindbadnə”ni farscadan türkcəyə tərcümə edib. Bəzi tədqiqatçılar Azərbaycan tərcümə ədəbiyyatının yaranmasını Nəsiminin adı ilə bağlayırlar. Nəsiminin marağalı Əvhədinin bir qəsidəsini farscadan azərbaycancaya çevirməsi belə mülahizələrin səsləndirilməsinə səbəb olub.

İlahə Tahirli


reader's comments

Loading...